48 saat ərzində 10 təyyarəyə bomba xəbərdarlığı edildi

19:08 - 16 Oktyabr 2024

48 saat ərzində 10 təyyarəyə bomba xəbərdarlığı edildi

Hindistanda son 48 saat ərzində sosial media və ya e-poçt vasitəsilə ən azı 10 təyyarəyə bomba xəbərdarlığı edildiyi açıqlanıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hindistan Hava Yollarına məxsus Dehli-Çikaqo reysini həyata keçirən sərnişin təyyarəsi dünən bomba təhlükəsindən sonra Kanadaya məcburi eniş edib. Kanada polisi təcili enişdən sonra təyyarədəki 211 sərnişin və ekipajın təxliyə edildiyini açıqlayıb. Bu gün verilən açıqlamada sərnişinlərin Kanada Hərbi Hava Qüvvələrinə aid təyyarələrlə Çikaqoya aparıldığı bildirilib.

Dünən baş verən başqa bir hadisədə isə "Air India Express" şirkətinə məxsus sərnişin təyyarəsinə bomba təhdidinin edilməsindən sonra iki reaktiv təyyarə Sinqapur Hərbi Hava Qüvvələri tərəfindən müşayiət olunub. Sinqapur Müdafiə Naziri Ng Eng Hen sosial media hesabından verdiyi açıqlamada təyyarənin Sinqapur Çanqi hava limanına endiyini açıqlayıb.

Bundan əlavə, Hindistan Hava Yollarına məxsus Mumbay-Nyu-York reysini yerinə yetirən sərnişin təyyarəsi də bomba təhlükəsindən sonra Dehliyə eniş edib. "IndiGo Airlines" aşağı büdcəli aviaşirkətinin Mumbaydan Oman və Səudiyyə Ərəbistanına planlaşdırdığı iki uçuş bomba təhlükəsindən sonra uzun gecikmələrlə üzləşib.

Hindistanın Mülki Aviasiya Nazirliyi (MOCA) baş verənləri həll etmək üçün bu gün iclas keçirəcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin