Gələn il dövlətdən yardım alacaq RAYONLAR

15:23 - 16 Oktyabr 2024

Gələn il dövlətdən yardım alacaq RAYONLAR

2024-cü ildə Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

 

Manset.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 62 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin