"Onlar üçün yeməyi özüm hazırlayıram"

01:30 - 16 Oktyabr 2024

"Təmir zamanı mən ustaların yanında oluram. Çünki onlar üçün yemək hazırlayıram".

 

Manset.az Axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "İncə səhər" verilişində deyib. O, evində çalışan ustalar üçün hər gün ət yeməkləri bişirdiyini bildirib:

"Özü də hər gün ət yeməyi olmalıdır. Günorta saat 1 olanda deyirəm ki, divar kağızını yerə qoy və gəl yeməyini ye. Deyir ki, 5 dəqiqəyə gələrəm. Cavab verirəm ki, yox. Nahar vaxtında olmalıdır. Fəhlənin qarını doymalıdır. Axşam saat 7 olanda usta deyir ki, 8-ə işləmiş gedərəm. Cavab verirəm ki, yox, saat 7-dir, iş bitdi. Həm də qonşuları narahat edə bilərik, işdən gələnlər olur, bina evidir. Həm də balalarının yanına getməlisən".


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin