Mopedlər cərimə meydançasına niyə aparılır? - VİDEO

00:30 - 16 Oktyabr 2024

Mopedlər cərimə meydançasına niyə aparılır? - VİDEO

Heç bir səbəb göstərilmədən mopedlərin cərimə meydançasına aparıldığı iddia olunur.

 

Manset.az xəbər verir ki, "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən bəzi moped sürücüləri iddia edirlər ki, son bir neçə gündür, onlara məxsus mopedlər cərimə meydançasına aparılır. Onlar həmçinin bütün sənədlərinin qaydasında olduğunu da bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər həmçinin iddia edirlər ki, maksimal sürət həddi 45 km, eyni zamanda mühərriklərinin həcmi 49 sm3  olan mopedlərin idarə olunması üçün sürücülük vəsiqələri tələb edilmir. Lakin onlara bu vəsiqələrin olmaması əsas gətirilərək nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

Məsələ ilə bağlı isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarədən "Xəzər Xəbər"ə bildirildi ki, bu sürücülərlə bağlı müraciət qeydə alınıb və araşdırma aparılır.

Manset.az Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin