Bakıda işdən 70 min manat ələ keçirdi: Tiktokda hədiyyə göndərdi - ŞOK ƏMƏL
26 Noyabr 2024
21:20 - 15 Oktyabr 2024
Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayışa səbəb olmaqda şübhəli bilinən yük avtomobilinin sürücüsü həbs edilib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, dörd nəfərin ölümü, beşinin isə yaralanması ilə nəticələnən hadisədə təhlükəsizliyə əməl etməyən şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın məlumatına görə, sürücü yanacaqdoldurma məntəqəsinin ərazisində olarkən təhlükəsizlik tələblərini pozub.
Qeyd edək ki, hadisə oktyabrın 12-də baş verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin