Tramp məhz buna görə Ukraynaya yardımı dəstəklədi

19:02 - 15 Oktyabr 2024

Tramp məhz buna görə Ukraynaya yardımı dəstəklədi

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynanı maliyyələşdirməyə davam etməyi məqsədəuyğun saymayıb və Kiyevə 61 milyard dollarlıq yardım paketinin verilməsinə qarşı çıxıb. Lakin Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçılar arasında nüfuz sahibi olan eks-prezidenti inandırıb ki, Kiyevə yardımın təsdiqlənməsi partiyanın birliyinə kömək edəcək.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Bob Vudvordun “Müharibə” kitabında deyilir.

“Nümayəndələr Palatasında Ukraynaya daha bir yardım paketinin ayrılması üzrə qanun layihəsinin müzakirəsi zamanı Tramp bəyan edib ki, Ukraynaya dəstək vergi ödəyicilərinin pullarının israfıdır, çünki Ukrayna korrupsiyaya uğrayıb və Rusiyanın qələbəsi qaçılmazdır. Keçmiş prezident Ukraynanı maliyyələşdirməyi mənasız sayır. Bu fikri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson Trampla çoxsaylı söhbətlərdən sonra dar dairədə vurğulayıb. Lakin Conson sonradan Nümayəndələr Palatasında respublikaçılar arasında birliyin qorunmasının zəruriliyini əsas gətirərək, onu qanun layihəsini dəstəkləməyə inandıra bildi. Tramp özü üçün fayda görüb, vetonu ləğv etdi”, - məlumatda deyilir.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin