BŞİH-də qara hazırlıq müzakirə edildi - Tapşırıqlar verildi
26 Noyabr 2024
17:13 - 15 Oktyabr 2024
Daniel Kostoval Çexiyanın Rusiyaya yeni səfiri təyin edilib, o, yaxın aylarda Moskvaya gedəcək.
Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
Məlumata görə, məsələ ilə bağlı Çexiyanın xarici işlər naziri açıqlama verib:
“Çexiyanın strateji müttəfiqləri olan əsas ölkələrin - Böyük Britaniya, Fransa, Almaniya, Polşa və ABŞ-nin Rusiyada səfirləri var. Yeni səfir artıq Rusiyadan müqavilə alıb, onun gələn ilin ilk aylarında işə başlayacağı gözlənilir",- açıqlamada bildirilib.
Kostoval artıq 2003-2006-cı illərdə Çexiyanın Moskvadakı səfirliyində işləyib. O, həmçinin Çexiya Xarici İşlər Nazirliyində Təhlükəsizlik Siyasəti Departamentinin direktoru, Şimali və Şərqi Avropa Departamentinin direktoru və qeyri-Avropa ölkələri üzrə baş direktor vəzifələrində çalışıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin