Bu ölkə Gürcüstanla siyasi və hərbi əlaqələri dayandırdı

14:00 - 15 Oktyabr 2024

Bu ölkə Gürcüstanla siyasi və hərbi əlaqələri dayandırdı

Böyük Britaniya Gürcüstanın hazırkı hökuməti ilə siyasi və hərbi əlaqələri dayandırıb.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Tbilisidəki səfiri Qaret Uord Gürcüstanın İnterpress News agentliyinə müsahibəsində bildirib.

O, Londonun bu addımını Gürcüstan parlamentinin demokratik azadlıqlara qarşı qanunlar qəbul etməsində və anti-Qərb ritorikasında ifadə olunan Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması ilə izah edib.

Eyni zamanda, o əlavə edib ki, Britaniya tərəfi oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra hökumətdə kimin olmasından asılı olmayaraq, Gürcüstanın demokratik yola qayıtması ilə bağlı aydın sübutlar görməyə ümid edir.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin