Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
11:26 - 15 Oktyabr 2024
Ermənistan nə qədər çalışsa da Rusiyanın orbitindən kənar düşməyi bacarmır. Bunu düz bir həftə əvvəl Moskvada MDB dövlət başçıları Şurasının məhdud tərkibli görüşünə qatılmaqla Nikol Paşinyan bir daha təsdiq etdi. Halbuki bir il əvvəl -oktyabrın 13-də Bişkekdə keçirilən MDB sammitində Paşinyan iştirak etməmişdi. Beləcə, həmin vaxt Ermənistan hökumətinin başçısı qurumun Zirvə toplantısını boykot etdiyi halda, bu dəfə yenidən həmin iclasa qatılmaq qərarı verməklə, Qərblə bağlı xəyallarının elə xəyal olaraq da qalacağı təəssüratı yaratdı, bundan artığına gücünün yetmədiyini göstərmiş oldu.
Baxmayaraq ki, Nikol Paşinyanın bu addımı Qərb havadarları - Fransa və Amerikanın bərk xətrinə dəymiş olacaq. Rusiyanın qolları arasından heç cürə xilas ola bilməyən Ermənistanın sağ göstərib, sol vurması Qərbin rəsmi İrəvanın qara qaşına-qara gözünə vurulması prosesini sonlandıra da bilər. Əslində bu gün sürətli şəkildə Ermənistanın Fransa, Amerika və digər ermənipərəst qüvvələr tərəfindən silahlandırılması, bölgədə yeni eskalasiya hazırlığı elə "qonşumuzun" qurbanlıq qoyun seçilməsindən xəbər verir.
Görünür Fransası, ABŞ-si bu gün Cənubi Qafqazdakı maraqlarını təmin etmək üçün Ermənistanı xərcləməkdə qətidirlər. Belə olmasaydı Ermənistana hər cür - hərbi və maddi dəstək vermək azmış kimi, onu Azərbaycanla şərti sərhədlərdə yeni təxribatlara körükləyən bəyanatlar səsləndirməz, ən azından İrəvana indiki məqamda sülhün əhəmiyyətini izah edərdilər. Amma tamamilə fərqli proseslərin şahidiyik...
Şərqi Zəngəzur isyiqamətində Ermənistan dayanmadan yeni döyüş mövqeləri qurur, onu gücləndirir. Əgər bir neçə gün öncəyə kimi havadarlarının Ermənistana ötürdüyü öldürücü silahların şərti sərhəd istiqamətinə daşındığını bilirdiksə, indi düşmənin canlı qüvvəsini daşıyan kalonları müşahidə etmək mümkündür. Bütün bu hərəkətliliyin arxasında yeni təxribat, hücum planı olduğu zərrə qədər də istisna edilmir. Rəsmi Bakı istər səsləndirilən bəyanatları, istərsə də sərhədləri istiqamətindəki bu "canlanmanı" diqqətlə izləyir.
Elə onun nəticəsidir ki, iki gün əvvəl müdafiə naziri Zakir Həsənov generalları toplayaraq dərhal müşavirə keçirdi. Orada general-polkovnikin verdiyi tapşırıqlardan da Ermənistanın təxribat planlarına qarşı diqqətli olmaqla bağlı SOS diqqətdən qaçmır:
- Təminat yolları mütləq şəkildə açıq olmalıdır
- Ordumuzun arsenalına əlavə edilən yeni silahlar tez bir zamanda dərindən mənimsənilməli
- Əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalı, izlənilməli
Bu sadalanan istiqamətlərin əsasında Ermənistanın törədəcəyi mümkün təxribat, hücum planını önləmək məqsədi dayandığı aydın sezilir. Hadisələrin xronologiyasına göz gəzdirərkən əminliklə söyləmək olar ki, hər vəchlə Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışan, bunun üçün Ermənistanı alət, Azərbaycanı isə hədəf seçən Avropa İttifaqının Ermənistandakı missiyası növbəti dəfə Azərbaycana qarşı təxribat planı üzərində ciddi baş sındırır. Təxminən bir həftə əvvəl dövlət sərhədimizin yaxınlığına gələn səkkiz nəfər Aİ missiyasının üzvünün və erməni hərbçiləri müşahidə cihazları ilə ərazilərimizi izləməsi də sıradan bir hadisə deyildi. Təbii ki, bu addımın arxasında Avropa İttifaqının, daha dəqiq desək, kollektiv Qərbin məkrli planlarının gizləndiyi zərrə qədər də şübhə doğurmur.
Qərb bölgədə yeni gərginlik ocağı yaratmaq və prosesləri qızışdıraraq eskalasiya həddinə çatdırmağı düşünür. Rusiya ilə heç kimin gözləmədiyi məqamda yenidən bir Moskva səfəri ilə yaxınlaşan rəsmi İrəvanın bu qərarı Ermənistanı odun içinə atmaq baxımından daha da qızışdırmış olacaq. Nəticədə Ermənistana edilən dəstək, verilən şirin vədlər onu Azərbaycanın qarşısına çıxartmaq, Cənubi Qafqazı növbəti dəfə hərbi poliqona çevirməklə nəticələnəcək kimi görünür. Nikol Paşinyan hakimiyyəti rəsmi Bakının sülhlə bağlı təkliflər paketinə konstruktiv yanaşmaq əvəzinə Qərbin oyununun bir parçası olmağı seçəcəyi təqdirdə Ermənistan üçün daha ağır faciə qaçılmaza çevriləcək.
Beynəlxalq sülhü qorumaq adına ABŞ-nin Ermənistanda keçirdiyi hərbi təlimlərin də kökündə onu yeni savaşa hazır vəziyyətə gətirmək dayanır. Bunu Ermənistan rəhbərliyi soyuq başla düşünüb, Qərbin senarisinə uyğun davranmamalıdır.
Bu günlərdə davam edən ABŞ-nin Ermənistanla birgə hərbi təlim adı altında Qərbi Zəngəzura şəxsi heyyət və silah-sursat yeritməsi vəziyyətin İrəvanda kontroldan çıxdığına növbəti işarədir. Ermənistan Zəngəzur dəhlizinə nəzarəti Rusiya FTX-nə tapşırmaq niyyətini bildirsə də, bölgədə atdığı praktiki addımlar tamamilə fərqli istəkdən xəbər verir. Paşinyanın bu "manevr" planı onu sudan quru çıxarda bilməyəcək.
Rəsmi Bakının Ermənistanla ərazilərimizin qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşdığı halda rəsmi İrəvanın ABŞ və Qərblə sövdələşməyə getməsi, Nikol Paşinyan hakimiyyəti üçün ağır nəticələrlə yekunlaşacaq. 44 günlük müharibədə Rusiya hərbi texnikaları Ermənistanı xilas edə bilmədiyi kimi, gərək, Paşinyan hakimiyyəti anlaya ki, bu dəfə ABŞ texnikası da onun üzünü ağ etməyəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan ordusu 4 il əvvəlki ordudan daha güclüdür. Bu istər hərbi texnika sarıdan olsun, istər şəxsi heyyətin döyüş təcrübəsi və hazırlığı nöqteyi nəzərindən olsun, istərsə də Azərbaycan-Ermənistan təmas xəttində qoşunların yerləşdiyi mövqelərə görə... Bütün dünyada müharibənin taleyini həll edəcək bu əsas detallar Azərbaycanın üzünü güldürür. Ermənistan isə ABŞ-nin ona göndərdiyi ağır texnikaları görüb indidən qəhqəhə çəkib, özündən getmək əvəzinə, son dəfə düşünsə, faydası olar. Çünki bu dəfə onu nə Fransalı Qərbdən, nə də okeanın o tayından xilas etmək üçün yetişə biləcəklər.
Təhməz Əsədov
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin