“Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçiriləcək

10:51 - 15 Oktyabr 2024

“Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçiriləcək

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu keçirəcək.

 

Manset.az xəbər verir ki, İqlim Forumu oktyabrın 17-də Özbəkistanda Əlişir Nəvai adına Daşkənd Özbək dili və Ədəbiyyatı Universitetində öz işinə başlayacaq. Forum öz işini bir gün sonra yaşıl dünya naminə sərgi ilə davam etdirəcək.

Forumda “Qızılbaş” gənclərinin hazırladıqları və Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gördüyü işlər, habelə ev sahibliyi etdiyi COP29 –Tərəflər Konfransından bəhs edən sosial çarx da nümayiş etdiriləcək.

Forumda Özbəkistandan və Azərbaycandan dövlət xadimləri, millət vəkilləri, ictimaiyyət təmsilçiləri, media nümayəndələri və gənclərin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutacaq tədbir “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyi və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin