Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA
21 Dekabr 2024
22:58 - 14 Oktyabr 2024
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Jurnalistlər Birliyi və Teatr Xadimləri İttifaqının üzvü, uzun illər AzTV-nin redaktoru vəzifəsində çalışmış teatrşünas Yaqub Əlioğlu vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun dostları məlumat veriblər.
Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Orta məktəb dövründən mütəmadi olaraq mətbuatda yazıları çap olunub. Yüzlərlə publisistik məqalənin və 8 kitabın müəllifidir. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan 100-dən çox sənədli televiziya filminin redaktoru olan Yaqub Əlioğlu “Qızıl qələm”, “Qızıl dərviş” və “Nailiyyət” mükafatlarının laureatıdır. 10 ildən artıqdır Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktor vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə ərsəyə gələn 50-dən artıq film televiziyanın “Qızıl fond”una daxil edilib. Bu filmlər əsasən görkəmli elm, mədəniyyət xadimlərinə və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığına, yurdumuzun dilbər guşələrinə həsr olunub.
Allah rəhmət eləsin.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin