Üç alimə mükafat verildi - FOTO

17:37 - 14 Oktyabr 2024

Üç alimə mükafat verildi - FOTO

İqtisadiyyat üzrə 2024-cü il Nobel Mükafatının qalibləri Daron Acemoğlu, Saymon Conson və James A. Robinson olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, onlar bu mükafata institutların necə formalaşdığını və rifaha necə təsir göstərdiyinin öyrənilməsinə görə layiq görülüblər.

Qeyd edək ki, bu mükafat 1968-ci ildə İsveç Mərkəzi Bankı tərəfindən isveçli ixtiraçının xatirəsinə təsis edilib.

İlk qaliblər Ragnar Frisch və Jan Tinbergen olub. Onlar mükafatı 1969-cu ildə alıblar.

2024-cü ilin qaliblərinin fotosunu təqdim edirik:

İqtisadiyyat üzrə Nobel Mükafatının 2024-cü il qalibləri 14 oktyabr 2024-cü il tarixində Stokholmda, İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında elan edilib.

 


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin