Qarabağ Universitetinin tələbələri Beynəlxalq tələbə olimpiadasında

17:30 - 14 Oktyabr 2024

Qarabağ Universitetinin tələbələri Beynəlxalq tələbə olimpiadasında

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin tələbələri “ICPC Azərbaycan” tərəfindən keçirilən Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Olimpiadasının 1/8 final mərhələsində iştirak ediblər.

 

Manset.az xəbər verir ki, tələbələr Olimpiadanın final mərhələsinə hər birində 3 nəfər iştirakçıdan ibarət 8 komanda şəklində qoşulublar.

Bakı şəhəri üzrə 6, regionlardan isə 5 ali təhsil müəssisəsi yarışda 200 komanda ilə iştirak edib.

Qeyd edək ki, nəticələrin bir neçə gün ərzində açıqlanması nəzərdə tutulub.


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin