Yeni dövlətlərin üzv olması səbəbilə BRİKS-in adı dəyişir?

16:01 - 14 Oktyabr 2024

Yeni dövlətlərin üzv olması səbəbilə BRİKS-in adı dəyişir?

Yeni dövlətlərin üzv olması səbəbilə BRİKS təşkilatının adının dəyişib-dəyişməyəcəyi hər kəsdə maraq doğurub. 

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“BRİKS üçün yeni ad məsələsi assosiasiyaya üzv olan bütün ölkələrin konsensus qərarını tələb edir. Qeyd edək ki, indiyədək bununla bağlı heç bir təklif olmayıb. Həmçinin hazırda BRİKS-də adın dəyişməz qalması ilə bağlı bir anlayış mövcuddur", - Peskov bildirib.

BRİKS (BRICS) — Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrinin təşkilatıdır. Bu qrup, iqtisadi əməkdaşlığı və siyasi dialoqu gücləndirmək məqsədilə yaradılmışdır.

Qeyd edək ki, BRİKS sammiti 22-24 oktyabr 2024-cü il tarixlərində Tatarıstanın paytaxtı Kazanda keçiriləcək.


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin