Yenidoğulmuş körpəni aeroportda tualetin unitazına atdılar - FOTO

14:13 - 14 Oktyabr 2024

Yenidoğulmuş körpəni aeroportda tualetin unitazına atdılar - FOTO

Türkiyənin Antalya şəhərində beynəlxalq hava limanında dəhşətli hadisə baş verib. Belə ki, xadimə əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş qadın tualetinin unitazında yeni doğulmuş uşaq tapıb.

 

Manset.az-ın Oxu.az-a istinadla verdiyi məlumata görə, şoka düşmüş qadın dərhal hadisə barədə hava limanının təhlükəsizlik xidmətinə məlumat verib.

Hadisə yerinə polislər cəlb olunublar. Araşdırmalara başlanılıb və cəmi 12 dəqiqə ərzində körpəni atan ananın şəxsiyyətini müəyyən etmək mümkün olub. Onun Moskvaya uçuş üçün növbədə dayanan 18 yaşlı Rusiya vətəndaşı Yekaterina B. olduğu müəyyən edilib.

Məlum olub ki, gənc qadın uşağı hava limanının tualetində doğub, sonra onu unitaza ataraq Rusiya paytaxtına uçuş üçün biletini rəsmiləşdirməyə tələsib. Hazırda Yekaterina B. Türkiyə hüquq-mühafizə orqanları tərəfindən başqa bir rusiyalı ilə birlikdə saxlanılıb.

Həkimlər tapılan körpəni müayinə edərək onun həyatı və sağlamlığı üçün heç bir təhlükə olmadığını bildiriblər. Uşaq yerli xəstəxanaya yerləşdirilib.



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin