Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
13:40 - 14 Oktyabr 2024
Avropa İttifaqı (Aİ) İranın “Rusiyaya ballistik raketlər tədarükü” iddiasına görə ona qarşı yeni sanksiyalar tətbiq edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu gün Lüksemburqda Rusiya-Ukrayna münaqişəsi və bölgədə sabitliyi təmin etməklə bağlı müzakirələr həyata keçirmək üçün görüş keçiriblər.
Görüş zamanı İrana qarşı tətbiq ediləcək 14 sanksiya təsdiqlənib.
Sanksiyalar bu silahların istehsalı və təchizatı ilə məşğul olan şirkətlərə və qurumlara, təxminən 685 hüquqi və 1558 fiziki şəxsə şamil edilib.
Onların Aİ-dəki aktivləri dondurulub və Avropa Birliyinə girişi qadağan edilib.
Xatırladaq ki, Moskva və Tehran İran silahlarının Ukraynada istifadəsi üçün Rusiyaya tədarükü ilə bağlı versiyaları dəfələrlə təkzib etmişdilər.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin