Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
01:30 - 14 Oktyabr 2024
İtaliya gələn həftədən etibarən Albaniyada inşa etdiyi miqrant qəbulu mərkəzlərinə mühacirlər göndərəcək.
Manset.az xəbər verir ki, bunu İtaliyanın daxili işlər naziri Matteo Piantedosi deyib.
Nazir bildirib ki, düşərgələrdə İtaliya polisi xidmət aparacaq.
“Bu düşərgələr ölkə ərazisində yaradılan mərkəzlərə bənzəyir, yüngül təcridxanalardır. İlkin mərhələdə 400-dək mühacir düşərgələrə aparılacaq”, - deyə Matteo Piantedosi əlavə edib.
Qeyd edək ki, keçən ilin noyabrında İtaliya ilə Albaniya arasında imzalanan razılaşmaya əsasən, ölkənin şimalındakı Şenqjin və Qjader şəhərlərində iki miqrant qəbulu mərkəzi tikilib. Buraya İtaliya Sahil Mühafizə Xidməti, eləcə də polis tərəfindən göndərilən qeyri-qanuni mühacirlər yerləşdiriləcək. İtaliyanın maliyyə vəsaiti hesabına inşa edilən mərkəzlərə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək miqrant müvəqqəti yerləşdiriləcək.
İtaliya beş il ərzində mərkəzlərə ümumilikdə 670 milyon avro vəsait ayıracaq. Mühacirlərin sığınacaq tələbləri üçün müddət 28 gündür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin