Bu ölkə neft hasilatını 1,3 milyon barrelə kimi artırır

21:32 - 13 Oktyabr 2024

Bu ölkə neft hasilatını 1,3 milyon barrelə kimi artırır

Liviyada neft hasilatı gündə 1,3 milyon barrel səviyyəsinə çatıb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) öz sosial şəbəkə səhifəsində məlumat verib.

Məlumata əsasən, son 24 saat ərzində 1 305 059 barrel səviyyəsi qeydə alınıb və istehsal səviyyəsinin artırılması işləri davam edir.

Xatırladaq ki, oktyabrın 3-də NOC ölkədə neft hasilatı və ixracının tam bərpa olunduğunu bəyan edib. Liviya adətən gündə təxminən 1,2 milyon barrel hasil edirdi, lakin avqustda ölkənin şərq hissəsinin hakimiyyəti Mərkəzi Banka nəzarət uğrunda mübarizə çərçivəsində hasilatı və ixracı dayandırmışdı.


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin