Karib hövzəsi ölkələri Britaniyadan təzminat tələb edəcəklər

14:31 - 13 Oktyabr 2024

Karib hövzəsi ölkələri Britaniyadan təzminat tələb edəcəklər

Karib hövzəsi ölkələri qarşıdan gələn Birlik sammitində qul ticarətinin vurduğu zərərə görə Britaniyadan təzminat ödənilməsi məsələsini gündəmə gətirməyə razılaşıblar.

 

Manset.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Daily Mail” məlumat yayıb.

Qeyd olunub ki, Karib hövzəsinin 15 ölkəsindən ibarət qrupu oktyabrın 21-də Samoada birlik ölkələrinin dövlət və hökumət başçılarının görüşündə təzminatlarla bağlı məsələni müzakirəyə çıxarılması üçün qərar qəbul edib.

Xatırladaq ki, qərara səbəb 2023-cü ildə Amerika konsaltinq şirkəti “Brattle Group”un dərc etdiyi araşdırma olub. Araşdırmaya görə, 30-dan çox ölkə transatlantik qul ticarətinə görə Qərb hökumətlərindən təzminat tələb edə bilər.

Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Patrik Robinsonun həmmüəllifi olduğu hesabata görə, təkcə Britaniya 24 trilyon dollar təzminat ödəməlidir ki, bunun da 9,6 trilyon dolları Yamaykanın hesabına köçürülməlidir.

Sentyabr ayında Barbados Baş naziri Mia Mottli BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərək bildirib ki, qul ticarəti və müstəmləkəçilik üçün kompensasiyalar beynəlxalq münasibətlərdə “qlobal yenilənmənin” bir hissəsi olmalıdır.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin