"Yuventus" futbolçusunu satır?

13:32 - 13 Oktyabr 2024

İtaliyanın "Yuventus" klubu yeni müqavilə imzalamayacağı təqdirdə Duşan Vlahoviçi gələn yay sata bilər.

 

Manset.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.

24 yaşlı hücumçunun hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Turin klubu serb futbolçunun illik 24 milyon avro maaşı səbəbindən onun mümkün satışında çətinliklərlə üzləşə bilər.

Qeyd edək ki, cari mövsüm Vlahoviç bütün turnirlərdə meydana çıxdığı 9 oyunda 7 qol vurub, bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 65 milyon avrodur.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin