FHN Hacıqabulda 11 nəfəri təxliyə etdi - VİDEO

13:10 - 13 Oktyabr 2024

FHN Hacıqabulda 11 nəfəri təxliyə etdi - VİDEO

İntensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata görə, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub.

Həmçinin, nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

 


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin