Dəhşətli yanğın məktəb binasına ziyan vurdu

12:12 - 13 Oktyabr 2024

Dəhşətli yanğın məktəb binasına ziyan vurdu

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə yanıb.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yüksək temperaturdan bitişik məktəb binasının akt zalının 1 ədəd pəncərəsi əriyib.

Kafenin qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

13 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin