Subasmaya məruz qalmış vətəndaşlar təxliyə edildi - VİDEO

23:10 - 12 Oktyabr 2024

Subasmaya məruz qalmış vətəndaşlar təxliyə edildi - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

 

Bu haqda Manset.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatlarla əlaqədar FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin