“Qalatasaray”ın 2 futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı

17:07 - 12 Oktyabr 2024

“Qalatasaray”ın 2 futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı

Futbol üzrə Türkiyə milli komandasının heyətindən iki futbolçu çıxarılıb.

 

Manset.az xəbər verir ki, “Qalatasaray”ın oyunçuları Barış Alpər Yılmaz və Kaan Ayhan yığmanın düşərgəsini tərk ediblər.

UEFA Millətlər Liqasının III turunda ötən gün Monteneqro ilə (1:0) keçirilmiş matçda zədə alan yarımmüdafiəçi Barış Alpər Yılmaz və həmin görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən müdafiəçi Kaan Ayhan İslandiya ilə qarşılaşmada komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, Türkiyə seçməsi oktyabrın 14-də İslandiya ilə səfərdə qarşılaşacaq.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin