Azərbaycanın tanınmış müğənnisi və prodüseri yolda maşını aşırdı - Xəstəxanaya aparıldılar - FOTO

16:04 - 12 Oktyabr 2024

Azərbaycanın tanınmış müğənnisi və prodüseri yolda maşını aşırdı - Xəstəxanaya aparıldılar - FOTO

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

 

Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən bildirilib ki, 1991-ci il təvəllüdlü (qadın cinsli) və 1996-ci il təvəllüdlü (kişi cinsli) şəxslərin hər birinə bədənin küt travması diaqnozu təyin edilib.
Onların zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Şəlalə Nicat tanınmış müğənnidir. O prodüseri ilə bərabər Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirmiş.



Xəbər xətti

12 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin