Bakıda "Nissan"ı qaçırıb "Toyota"ya çırpdılar

13:09 - 12 Oktyabr 2024

Bakıda

Bakıda qaçırılan avtomobillə qəza törədilib.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, oktyabrın 10-da axşam saatlarında Yeni Günəşli qəsəbəsi ərazisindən “Nissan” markalı avtomobili qaçırılıb və yol kənarında dayanmış “Toyota” markalı avtomobilə vurulub.

Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 29 yaşlı R.Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər xətti

12 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin