Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək

12:45 - 12 Oktyabr 2024

Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçını qadın hakim idarə edəcək.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, İngiltərə yığmasına qarşı oyun xorvatiyalı FIFA referisi İvana Martinçiçə tapşırılıb.

Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq İngiltərə - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. U-21 bu gün saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.


Xəbər xətti

12 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin