Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı - VİDEO

10:36 - 12 Oktyabr 2024

Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib.

 

Manset.az xəbər verir ki, zəhərlənən tələbələr Xəzər TV-yə açıqlamalarında hadisənin təfərrüatını danışıblar.

“Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”, - tələbələrdən biri bildirib.

Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib: “Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.

Daha ətraflı sujetdə:


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin