Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
26 Noyabr 2024
21:09 - 11 Oktyabr 2024
Tacikistan Respublikası Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.
Manset.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub.
Senatın sədri Maulen Aşımbayev Milli Məclisə seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın ölkəsi üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu və Qazaxıstanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Bu istiqamətdə qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Milli Məclisin sədri Sahibə Qafarova təbriklərə görə minnətdarlığını bildirərək, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladıb. O, bu görüşlərin və aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib. Spiker Sahibə Qafarova, xalqlarımızı ortaq tarix, mədəni və mənəvi dəyərlərin birləşdirdiyini, müstəqillik illərində isə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdiyini ifadə edib.
Görüşdə son illərdə parlament rəhbərləri səviyyəsində həyata keçirilən mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin inkişafına xüsusi töhfəsi qeyd olunaraq, hər iki ölkənin parlamentlərində mövcud olan dostluq qruplarının fəaliyyəti də müsbət qiymətləndirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin