Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

11:36 - 11 Oktyabr 2024

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşü (C&DM) keçirilir.

 

Manset.az xəbər verir ki, panel iclasının keçirilməsində məqsəd iqlimə həssas ölkələrin prioritet məsələlərinin həlli üçün müxtəlif ölkələrin ekologiya və ətraf mühit nazirlərini bir araya gətirməkdir. C&DM-də müşavirələr vasitəsilə tərəflər ən az inkişaf etmiş ölkələrin və kiçik ada dövlətlərinin prioritet ehtiyaclarını qarşılamaq üçün qərarlar qəbul edir, iqlim maliyyəsi məsələləri ilə bağlı qlobal müzakirələr çərçivəsində onların tələbatlarına uyğun tədbirlərin görülməsini təmin edir. COP26 çərçivəsində nazirlərin birinci görüşü 2021-ci ildə Qlazqoda keçirilib.

Qeyd edək ki, oktyabrın 10-da Bakıda Pre-COP29 konfransı öz işinə başlayıb. Heydər Əliyev Mərkəzində keçirilən tədbir “Ambisiyaların artırılması və iqlim fəaliyyətinə təkan” mövzusuna həsr olunub.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin