Qarğıdalının faydaları

07:30 - 11 Oktyabr 2024

Qarğıdalının faydaları

Qarğıdalı qiymətli qida məhsuludur. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tərkibindəki lif sayəsində qarğıdalı həzm sisteminin nizamlı işləməsinə kömək edir və qəbizlik kimi problemlərin qarşısını alır. Buna görə də qarğıdalı çəki problemi olan insanlar üçün əla qida seçimi ola bilər.

Qarğıdalıda bol olan karbohidratlar orqanizmə enerji verir və uzun müddət tox qalmağa kömək edir. Eyni zamanda qarğıdalı B qrupu vitaminləri, maqnezium, dəmir və fosfor kimi mühüm minerallarla zəngindir.

Xüsusilə qarğıdalıda lutein və zeaksantin kimi antioksidanlar var. Bu maddələr göz sağlamlığını qoruyur və yaşa bağlı göz xəstəlikləri riskini azaldır. 

Tərkibindəki sağlam yağlar xolesterin səviyyəsini tarazlayaraq ürək-damar xəstəlikləri riskini azalda bilər.

Qarğıdalı döş və qaraciyər xərçəngini yaranmasına səbəb olan şişlərin əmələ gəlməsininin qarşısını ala bilir.

Qarğıdalı çoxlu karbohidrat ehtiva edir.

Bundan əlavə, qarğıdalı dəri sağlamlığına da töhfə verir. Tərkibindəki C vitamini və antioksidanlar dərinin elastikliyini qorumağa və qocalma əlamətlərini gecikdirməyə kömək edə bilər.

Qarğıdalının faydaları bunlarla məhdudlaşmır. Digər mühüm üstünlükləri odur ki, immunitet sistemini gücləndirir, anemiyanın qarşısını alır və qan şəkərini tarazlaşdırmağa kömək edir. Bütün bu xüsusiyyətləri ilə qarğıdalı balanslı qidalanma proqramında əhəmiyyətli bir yer tutur.

Qarğıdalı tərkibindəki A vitamini və beta karoten sayəsində dəri sağlamlığını qorumağa kömək edir. Tərkibindəki E vitamini sayəsində dəri hüceyrələrini də qoruyur və bu hüceyrələrin çoxalmasını təmin edir. Qarğıdalıda olan Omeqa-3 və Omeqa-6 yağ turşuları saçların sağlam olmasında mühüm rol oynayır.

Bu qida qan təzyiqini lazımi səviyyədə saxlaya bilir, insult və infarkt kimi riskləri minimuma endirir. Beyin və sinir sağlamlığı üçün çox faydalıdır. Yaşlı insanlarda psixi xəstəliklərin inkişaf riskini azalda bilər, Alzheimer xəstəliyinə qarşı təsirlidir.

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlanıb içilir. Qarğıdalı saçaqları sidikqovucu, ödqovucu, hepatit, bir çox uroloji xəstəliklər, sidik daşı xəstəliyi, müxtəlif qurd invaziyalarının müalicəsində geniş istifadə olunur. Rahatlaşdırıcı təsiri ilə xroniki yorğunluğa da yaxşı təsir göstərir.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin