Azərbaycanda "www.bakues.az" xəbər portalı fəaliyyətə başladı! - VİDEO

20:25 - 10 Oktyabr 2024

Azərbaycanda

Azərbaycan elektron media sahəsində www.bakues.az informasiya portalı fəaliyyətə başlayıb.

 

Manset.az xəbər verir ki, artıq bir neçə ildir ki, xəbər portalının "bakues" adı altında "İnstagram" və "Facebook" səhifələri, o cümlədən "Youtube" və "Telegram" kanalları mövcuddur.  "Bakues.az" saytı operativ və maraqlı informasiyaları ilə izləyicilərin rəğbətini qazanmış eyniadlı sosial şəbəkə hesabları ilə sintez şəklində fəaliyyət göstərəcək. Yeni saytın fəaliyyəti ilə bağlı portalın baş redaktoru Fikrət Məmmədov izləyicilərə videomüraciət edib.

Fikrət Məmmədov Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Moskva Dövlət Linqvistika Universitetinin məzunu olub. Fikrət Məmmədov uzun illər AzTv-də rejissor, İctimai TV-də isə telekanalın Rusiya bölməsinin rəhbəri kimi fəaliyyət göstərib, bir sıra telelayihələri ilə tamaşaçıların rəğbətini qazanıb.

Qeyd edək ki, "www.bakues.az" informasiya portalının təsisçisi Azərbaycanda milyonluq izləyicisi olan sosial şəbəkə səhifələrinin qurucusu Nicat Sadıqovdur.



Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin