"Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti iqlim dəyişmələri ilə mübarizədə əməkdaşlığa çağırdı" - Türkiyə mətbuatı

19:18 - 10 Oktyabr 2024

Oktyabrın 10-da Bakıda işə başlayan Pre-COP29 tədbiri Türkiyə mətbuatında geniş işıqlandırılıb.

 

Manset.az xəbər verir ki, qardaş ölkənin media qurumları Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətinə xüsusi diqqət ayırıblar.

Azərbaycan Liderinin çıxışından iqlim dəyişmələrinin qlobal səviyyədə iqtisadi rifaha mənfi təsir göstərməsi və bunun da Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olması barədə fikirlər təqdim edilib.

Azərbaycanın ətraf mühit sahəsində problemlərin aradan qaldırılması üçün cəsarətli addımlar atdığı və respublikanın prioritetlərindən birinin “təmiz ətraf mühit və yaşıl inkişaf” olduğu oxucuların diqqətinə çatdırılıb.

Eyni zamanda, Azərbaycanda bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi xatırladılıb.

Prezident İlham Əliyevin iqlim dəyişmələri ilə mübarizədə ləngimənin yolverilməzliyi barədə sözləri və ekoloji sahədə konstruktiv qarşılıqlı fəaliyyətə çağırışı diqqət mərkəzində saxlanılıb.



Xəbər xətti

11 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin