COP29-da Azərbaycana təşəkkür edildi
23 Noyabr 2024
15:04 - 10 Oktyabr 2024
Müğənni, Rusiyanın Xalq artisti Alla Puqaçova xaricə təxminən 20 milyon dollar dəyərində antikvar keçirməyə cəhd edib
Manset.az Lent.az-a istinadən xəbər verir ki, onun Rusiyadan çıxarmaq istədiyi antikvariatların siyahısına 19-cu əsrə aid Fransız çilçıraqı, meyvə qabı, 16-19-cu əsrlərə aid heykəllər və rəsmlər daxildir.
Qiymətli əşyaların olduğu qutular Şeremetyevo Hava Limanından təyyarə ilə göndərilməli olub. Lakin sənədlərin natamam olmasısəbəbindən göndərişdən imtina edilib. Əsərlərin çoxu nadirdir və muzeyin marağına səbəb olub.
Leonardo da Vinçinin müasiri Domenik Puliqonun “Madonna və iki mələkli uşaq” tablosunun hərracda qiyməti 1 milyon dollardan başlayır.
Müğənninin kolleksiyasında həmçinin Rembrandtın müasiri olan rəssam Yan van Qoyenin “Yel dəyirmanı olan çay kənarındakı şəhərin mənzərəsi” var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin