Bayden və Netanyahu İsrailin İrana qarşı cavab planlarını müzakirə etdi

11:48 - 10 Oktyabr 2024

Bayden və Netanyahu İsrailin İrana qarşı cavab planlarını müzakirə etdi

Yaxın Şərq İsrailin Livanda hərbi gərginliyi artırmasına cavab olaraq baş verən Tehranın raket hücumuna İsrailin cavabını gözləyir.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ABŞ Prezidenti Co Bayden oktaybrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

Onlar İsrailin İrana cavab zərbəsi endirmək planlarını müzakirə ediblər.

Görüş İsrailin həm İranla, həm də Livanda İranın dəstəklədiyi “Hizbullah”la münaqişəsinin kəskin şəkildə artdığı və HƏMAS ilə münaqişəyə son qoyacaq atəşkəsin mümkünsüz olduğu bir vaxtda baş tutub.

Netanyahu raket hücumuna cavab verəcəyini bildirsə də, Tehran istənilən cavabın böyük dağıntılarla qarşılanacağını ictimaiyyətə açıqlayıb.

Ağ Evdən məsələ ilə bağlı heç bir şərh verilməyib.

Qeyd edək ki, baş tutan telefon danışığı liderlərin avqustdan bəri ilk məlum görüşü olub.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin