"Google" bir neçə yerə bölünə bilər

01:00 - 10 Oktyabr 2024

ABŞ Ədliyyə Nazirliyi "Google"un bölünməsi ehtimalının olduğunu açıqlayıb.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

Qeyd olunub ki, artıq hüquqşünaslar "Google"un bölünməsinin qarşısını almaq üçün tədbirlər təklif ediblər.

Təklif edilən tədbirlər arasında "Google"un biznesinin bir hissəsi olan "Chrome", "Android" və ya "Google Play"in bəzi hissələrini satmağa məcbur etmək daxildir.

"Google" isə cavabında qeyd edib ki, təklif olunan tədbirlər məhkəmənin qərarının hüdudlarından kənara çıxır, eyni zamanda "Chrome" və "Android"in işini poza bilər.

Şirkətdən bildirilir ki, bir milyarda yaxın istifadəçi bu pulsuz məhsullar sayəsində internetə çıxış əldə edir olur və az sayda şirkət onları eyni səviyyədə saxlaya bilər.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin