“Neftçi” futbolçusu ilə yollarını ayırdı - FOTO

19:54 - 9 Oktyabr 2024

“Neftçi” futbolçusu ilə yollarını ayırdı - FOTO

“Neftçi” legioner futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.

 

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Məlumata görə, kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı cari mövsüm iştirak ərizəsinə salınmamışdı.



Xəbər xətti

10 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin