Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə etdilər

22:59 - 8 Noyabr 2021

Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatın icrasını müzakirə etdilər

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Manşet.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin