ABŞ-nin 13 ştatında TikTok-a qarşı iddia qaldırıldı

15:15 - 9 Oktyabr 2024

ABŞ-nin 13 ştatında TikTok-a qarşı iddia qaldırıldı

TikTok-a qarşı ABŞ-nin 13 ştatında və paytaxt Vaşinqtonda tətbiqin uşaqlar üçün asılılıq yaratması və onların psixi sağlamlığına zərər verməsi səbəbiylə iddia qaldırılıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

ABŞ-də son zamanların ən mübahisəli məsələlərindən olan TikTok-a qadağa qoyulması prosesi davam edərkən, Çin sosial media platforması bu dəfə 13 ştatda və paytaxtda açılan iddialarla üzləşir. Nyu-York baş prokuroru Letitia James və Kaliforniya baş prokuroru Rob Bontanın rəhbərlik etdiyi 13 ştatın və paytaxtın baş prokurorları TikTok-un uşaqların proqramdan mümkün qədər uzun müddət istifadə etmələrini təmin etmək üçün qəsdən asılılıq yaradan proqram təminatından istifadə etdiyi əsası ilə məhkəməyə müraciət edib.

"TikTok uşaqlar arasında psixi sağlamlıq böhranı yaradır və uşaqları təhlükəyə məruz qoyur", - Vaşinqtonun baş prokuroru Brayan Şvalb qeyd edib.

 TikTok tərəfindən edilən açıqlamada, iddiada olan bir çox məsələnin yalan olduğu və sözügedən iddiaları qəbul etmədikləri bildirilib.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin