Bu ölkədə parlament buraxıldı

14:23 - 9 Oktyabr 2024

Bu ölkədə parlament buraxıldı

Yaponiyanın baş naziri Şiqeru İşiba oktyabrın 27-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində parlamentin aşağı palatasını buraxıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

"Mən seçkilərdəki işimizə birbaşa ictimai qiymət almaq üçün palatanı buraxmaq qərarına gəldim. Yaponiyanı və onun xalqını qorumaq üçün hökumətə rəhbərlik etməyə davam etməyimiz son dərəcə vacibdir", - nazir bildirib.

Qeyd edək ki, Fumio Kişida korrupsiya qalmaqalı fonunda Yaponiya Liberal Demokratik Partiyasının (LDP) lideri vəzifəsindən istefa verdikdən sonra İşiba oktyabrın 1-də Baş nazir vəzifəsinə keçib .


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin