Oğuzda ağır qəza: Təcili yardımın əməkdaşı xəsarət aldı

23:42 - 8 Oktyabr 2024

Oğuzda ağır qəza: Təcili yardımın əməkdaşı xəsarət aldı

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" və "Fiat" markalı avtomobilləri toqquşub. Nəticədə "Fiat" markalı avtomobilin sürücüsü Vüqar Hüseyn oğlu Hacıyev xəsarət alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alan Vüqar Hacıyev Oğuz Rayon Təcili Tibbi Yardım Şöbəsində çalışır. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin