36 yaşlı idmançı gənə dişləməsi nəticəsində öldü

01:00 - 9 Oktyabr 2024

36 yaşlı idmançı gənə dişləməsi nəticəsində öldü

Buzadırmanma üzrə Rusiya çempionu Alyona Vlasova gənə dişləməsi nəticəsində 36 yaşında dünyasını dəyişib.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həşərat idmançını 3 ay əvvəl dişləyib və buna görə onun ağciyərlərinin 70 faizi zədələnib.

Qeyd edək ki, A.Vlasova son olaraq fevralda Rusiyanın Tomsk şəhərində keçirilən ölkə çempionatının qalibi olub.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin