Putin İlham Əliyev və Paşinyanla Zəngəzur dəhlizindən danışdı

17:00 - 8 Oktyabr 2024

Putin İlham Əliyev və Paşinyanla Zəngəzur dəhlizindən danışdı

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüş keçirib. Görüş MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclası fonunda baş tutub.

 

Manset.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov görüşlə bağlı mühüm məqamları açıqlayıb.

O qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində Zəngəzur dəhlizi mövzusu müzakirə olunub.

"Yəqin ki, Putinin Əliyev və Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna toxunulub", - Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov liderlər arasında üçtərəfli görüşün planlaşdırılmadığını bildirib. “Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik”, - o, müvafiq sualı cavablandırıb. “Belə bir fikir var idi, lakin bəziləri tərəfindən dəstəklənməyib”. Uşakovun sözlərinə görə, Rusiya bu formata etiraz etməyib.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin