Sürətli qocalma xəstəliyi ilə mübarizə aparan şəxs 28 yaşında vəfat etdi

16:05 - 8 Oktyabr 2024

Sürətli qocalma xəstəliyi ilə mübarizə aparan şəxs 28 yaşında vəfat etdi

28 yaşlı Semmi Bassonun ölümünə dünyanın ən nadir xəstəliklərindən biri olan və sürətli qocalma xəstəliyi kimi tanınan Progeriya səbəb olub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İllərdir müalicə olunan Basso bu xəstəliklə ən uzun müddət yaşayan şəxs olaraq qeydə alınıb.

İllərdir müalicə olunan Basso oktyabrın 5-i axşam saatlarında dünyasını dəyişib. 

Progeriya insanların olduğundan daha yaşlı görünməsinə, həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur və müalicə olunmazsa, onların ömrü cəmi 13,5 ildir. Xəstə insanlar doğuş zamanı sağlam görünsələr də, illər keçdikcə vəziyyət dəyişir. Doğuşdan bir neçə il sonra böyümənin yavaşlaması, yağ toxumasının itirilməsi və saç tökülməsi kimi simptomlar görünür.

Qeyd edək ki, dünyada cəmi 130 nəfərdə görülən bu nadir hadisədən dördünün İtaliyada olduğu aşkarlanıb.

Sürətli qocalma xəstəliyi ilə mübarizə aparan Sammy Basso 28 yaşında öldü - Şəkil 1


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin