Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
15:14 - 8 Oktyabr 2024
Albaniyanın müxtəlif şəhərlərindən paytaxt Tiranaya gələn nümayişçilər Baş nazirlik binası qarşısına toplaşıb. Baş nazirliyin qarşısından başlayaraq paytaxt küçələri ilə yürüş edən etirazçılar parlament, Daxili İşlər Nazirliyi, Tirana Bələdiyyəsi və hakim Sosialist Partiyasının binası qarşısından keçərək etirazlarını davam etdiriblər.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazirlik başda olmaqla müxtəlif qurumlara molotof kokteyli və tüstü bombası atan nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında dava düşüb.
Bir neçə saat davam edən aksiyada polis gözyaşardıcı qazdan istifadə edərək nümayişçiləri dağıdıb. Nümayişçilər qurumların qarşısındakı məhəccərlərə, avtobus dayanacaqlarına, zibil qutularına və binalara ziyan vurub
Yüzlərlə polisin iştirak etdiyi nümayiş zamanı bəzi yollar nəqliyyata bağlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin