Saxta spirtli içkidən 21 nəfər öldü

14:56 - 8 Oktyabr 2024

Saxta spirtli içkidən 21 nəfər öldü

İranın Mazandaran vilayətində 21 nəfər saxta spirtli içki qəbulu nəticəsində ölüb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ölənlərdən 18-nin kişi, 3-nün qadın olduğunu bildirən Abbasi, metil spirtinin istehlakının korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olduğunu bildirib.

Mazenderan Sağlamlıq Elmləri Universitetinin Müalicə şöbəsinin müdiri Resul Zafermend qeyd edib ki, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

İranlı həkim bildirib ki, 4 nəfər görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib.

Qeyd edək ki, alkoqolun qadağan olunduğu İranda daha ucuz olduğu üçün bəzən qaçaqmalçılıq yolu ilə gətirilən içkilərdə etil spirti əvəzinə metil spirtinin istifadə edildiyi və bunun ölüm və görmə itkisinə səbəb ola biləcək zəhərlənmələrə səbəb olduğu bildirilib.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin