Karateçilərimiz İtaliyaya getdilər

07:30 - 8 Oktyabr 2024

Karateçilərimiz İtaliyaya getdilər

Yeniyetmə və gənc karateçilərimiz İtaliyanın Venesiya şəhərinə yola düşüb

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib .

Karate üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandası İtaliyanın Venesiya şəhərində təşkil olunmuş 13-cü Dünya çempionatında iştirak etmək üçün yola düşüb.

Yığmamız dünya çempionatında 25 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Seymur Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq. 

Dünya çempionatında 2 hakimimiz ədaləti qoruyacaq. Bunlar AKF-nin Hakimlər Komitəsinin sədri Cahangir Babayev, eləcə də 14 və 17 yaşlı idmançılardan ibarət kata üzrə yığmanın baş məşqçisi Vüqar Kərimovdur.

Yığmamız yarışa AKF-nin baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin