Стало известно почему в крокусе охрана не стреляла по убийцам
В России мать отправила "домашнее" видео с сыном мужчине

COP29 çərçivəsində tədbirlərdə 6 rəsmi dilə tərcümə olacaq

23:10 - 7 Oktyabr 2024

COP29 çərçivəsində tədbirlərdə 6 rəsmi dilə tərcümə olacaq

Noyabrda Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq tədbirlərdə BMT-nin altı rəsmi dilinə tərcümələr olacaq.

 

Manset.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəfləri Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəfləri Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, sessiya müddətində tədbirlərin BMT-nin altı rəsmi dilində aparılmasına imkan verən avadanlıq və qurğulardan istifadə ediləcək.

Məlumat üçün bildirək ki, BMT-nin altı rəsmi dil kimi Çin, ərəb, fransız, ingilis, ispan və rus dilləri qəbul edilib.

Qeyd edək ki, beynəlxalq tədbir noyabr ayının 11-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.


Xəbər xətti

6 Aprel 2025
Как предали одну из самых известных актрис СССР: печально
Семья погибла после того, как поймала рыбу в реке: какой ужас!
Стало известно почему в крокусе охрана не стреляла по убийцам
В России мать отправила "домашнее" видео с сыном мужчине
Причиной трагической смерти девочка могло стать неудачное селфи
В сети появились фото жуткого убийства девочки школьником
В Турции бабушку 80-ти лет осудили на 4 года из-за тапка: читать
И, конечно же, никто не знал: жуткие детали убийства школьницы
Отсидевший маньяк Кожепаров сразу после тюрьмы дал интервью
Битцевский маньяк совершил намного больше убийств?!

Ən son xəbərləri səhifəmizdən də izləyin