Yeni nazir müavini ilk görüşünü keçirdi - FOTO

21:46 - 7 Oktyabr 2024

Yeni nazir müavini ilk görüşünü keçirdi - FOTO

Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanov Azərbaycanda səfərdədir.

 

Manset.az xəbər verir ki, Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində rəsmi qarşılanma mərasimi təşkil edilib. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə özbəkistanlı həmkarı ilə fəxri qarovulun önündən keçib.

Komandanlar arasında keçirilən görüşdə Azərbaycan ilə Özbəkistanın digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın yeni perspektivləri, eləcə də maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib.



Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin