Zaqatalada sahibsiz itlər məktəbliyə hücum etdi - VİDEO

20:05 - 7 Oktyabr 2024

Zaqatalada sahibsiz itlər məktəbliyə hücum etdi - VİDEO

Zaqatalada itlər məktəbliyə hücum edib. 

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə hücuma məruz qalan məktəblinin anası Vəfa Musayeva məlumat verib. 

Onun sözlərinə görə, rayonun mərkəzi küçələri sahibsiz itlərlə doludur: "Hara baxırsan sahibsiz itdir. İnsanlar sərbəst hərəkət etməyə qorxur. Oğlum Ruzi Əliyev də səhər məktəbə gedərkən meydan adlanan ərazidə sahibsiz itlərin hücumuna məruz qalıb. Nəticədə uşaq çoxsaylı xəsarətlər alıb. Ərazidə olan insanlar olmasaydı oğlumu itlər parçalaya bilərdi. Tez götürüb xəstəxanaya apardıq, iynə vurdular. İndi vəziyyəti normaldır. Xahiş edirik, küçələrdəki sahibsiz itlərə bir əncam çəksinlər. Bununla bağlı ciddi tədbir görülməlidir. Belə olmaz".

Anası qeyd edib ki, Rusi Əliyev Zaqatala şəhər 1 saylı orta məktəbin 8-ci sinif şagirdidir. 

İtlərin hücumuna məruz qalan məktəblinin videosunu təqdim edirik: 

 


Xəbər xətti

8 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin